İsveçrə hakimiyyəti bildirib ki, Misir və Tunisin hesabındakı 858 milyon dolların (760 milyon frank )dondurulmasının müddəti daha 3 il uzadılıb.
Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, İsveçrənin Federal Şurası bildirib ki, bura Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və köməkçilərinin 700 milyon İsveçrə frankı , habelə Tunisin keçmiş dövlət başçısı Zin əl-Abdin bin-Əlinin 60 milyon frankı daxildir.
Şura bu qərarı Tunis və Misirdə cinayət işi araşdırmasının davam etməsi ilə əlaqələndirib.