Moskvanın cənub-qərbində Qırğızıstan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən üç yeniyetmə saxlanılıb.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, hadisə yanvarın 26-da gecə saatlarında baş verib.
Polis qətlə yetirilənin şəxsiyyətin müəyyənləşdirib. O, 26 yaşlı Qırğızıstan vətəndaşıdır. Moskvada kirayə evdə yaşayırmış.
Hüquq –mühafizə orqanlarının məlumatına əsasən, 16-17 yaşlı yeniyetmələrin ikisi Moskva sakinidir. Biri isə Rusiya paytaxtına Moldovadan gəlibmiş.
Yeniyetmələr Qırğızıstan vətəndaşının ölənədək döyüblər.