Moskvada azərbaycanlıların çalışdığı kafeyə silahlı hücum oldu
15 fevral 2013 10:21 (UTC +04:00)

Moskvada azərbaycanlıların çalışdığı kafeyə silahlı hücum oldu

Bu gün səhər saatlarında Moskvada azərbaycanlıların çalışdığı kafeyə silahlı hücum olub.

Lent.az-ın  Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, üzlərinə maska taxmış 10 naməlum şəxs Taşkent küçəsində yerləşən “Dvorik” kafesinin qapısını qıraraq içəri daxil olublar.

Soyğunçular kafedə çalışan Azərbaycan əsilli 32 yaşlı ofisiantı və 34 yaşlı işçini döyüb, onları tapança və armaturla təhdid ediblər. Daha sonra isə mobil telefon və 210 min rublu götürərək aradan çıxıblar. Rusiya polisi hücum edən şəxslərin qafqazlı olduğunu bildirir. Cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532
avatar

Oxşar yazılar