Moskvada 3 millətçi maşında öldürülüb
18 fevral 2014 17:56 (UTC +04:00)

Moskvada 3 millətçi maşında öldürülüb

Rusiyanın paytaxtı Moskva şəhərinin ətrafında silahlı insident baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə səhər saatlarında Moskvanın Yeqorevskoye Şossesində qeydə alınıb. Silah səsləri eşidən vətəndaşların zəngindən sonra hadisə yerinə polis qrupu gedib. Polislər opel markalı avtomobilin yanında 3 adamın cəsədini tapıb. Silahlı hücumda ağır yaralanan digər şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Prokurorluqda hadisə ilə bağlı cinayət işi başlanılıb.

 

Aparılan araşdırma zamanı ölənlərin ikisinin şəxsiyyəti məlum olub. Onlar Ukrayna vətəndaşı, 25 yaşlı İvan Smirnov və Aleksandr Şakirovdur. İlkin ehtimala görə, qətlə yetirilən hər dörd şəxs qadağan olunan "Slavayn Birliyi" təşkilatının üzvü olub. Artıq baş verən hadisə ilə bağı "Ruslar" adlı hərəkatın lideri milliyyətçi, "Zloy" ləqəbli Dmitriy Demuşkin ölənlərin ailələrinə başsağlığı verib və dərhal hadisə yerinə gedib.

 

Qətlin professional killerlər tərəfindən törədildiyi ehtimal olunur. Çünki, ölənlər yalnız sinə baş nahiyəsindən güllələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312
avatar

Oxşar yazılar