Moskva ilə Minsk Rusiya neftinin Belarusa tədarük edilməsi məsələsində razılaşıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 2014-cü ilin birinci yarım ilində tədarükün həcmi 11,5 milyon ton olacaq.
Razılıq Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçlə Belorus baş nazirinin birinci müavini Vladimir Semaşko arasında keçirilən görüşdə əldə edilib.
Bir müddət öncə bildirilmişdi ki, «Belneftexim» Belorus dövlət konsern ilə Rusiyanın Energetika Nazirliyi arasındakı razılaşmaya əsasən, 2014-cü ildə Belarusun neft-emalı zavodlarına 23 milyon ton neft tədarük ediləcək.