“Aİ Türkiyənin baş naziri Əhməd Davudoğlunun vəzifəsindən gözlənilən istefasına və bunun bir müddət əvvəl miqrantlara dair əldə olunan Aİ-Türkiyə sazişinə necə təsir edəcəyinə hələlik fikir bildirə bilmir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Aİ diplomatiyasının rəhbəri Federika Mogerini Kosovoya səfəri zamanı bildirib.
“Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi barədə danışmaq hələ tezdir”, - deyə Mogerini bildirib.
“Biz bunu mütləq türkiyəli həmkarlarımızla müzakirə edəcəyik və birlikdə gələcək addımlarımızı müəyyən edəcəyik”, - deyə Aİ diplomatiyasının rəhbəri əlavə edib.