Misir keçid hökuməti baş nazirinin birinci müavini və müdafiə naziri Əbdül Fəttah əs-Sisi bildirib ki, əgər «xalqa istəsə» o, qarşıdan gələn prezident seçkisində öz namizədliyini irəli sürməyə hazırdır.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, deyib: «Mən hakimiyyətə gəlməyə can atmıram. Seçkidə iştirakım üçün xalqın iradəsi və ordunun uyğun səlahiyyəti lazımdır».
Bir neçə gün öncə Hüsünü Mübarəkin dövründə baş nazir olmuş Əhməd Şəfiq bildirmişdi ki, əgər əs –Sisi öz namizədliyini irəli sürməzsə, o, prezident vəzifəsi uğurunda mübarizəyə qoşulmağa hazırdır. Qeyd edək ki, Əhməd Şəfiq 2012-ci ildə devrilmiş prezident Məhəmməd Mursi ilə bu post uğurunda mübarizə aparmışdı.