Misirin baş keşişi islamçı hakimiyyətə qarşı
06 fevral 2013 00:23 (UTC +04:00)

Misirin baş keşişi islamçı hakimiyyətə qarşı

Misir xristian-koptlarının baş keşişi Tavadros II hakimiyyətdəki islamçı sayılan qüvvələri kəskin tənqid edib.

 

Lent.az-ın «Assoşieyted press»ə istinadən məlumatına görə, o, agentliyə müsahəbəsində deyib ki, ölkənin yeni Ana Yasası koptların haqqını pozur.

 

Baş keşiş koptların etnik azlıq olmadığını, millətin ayrılmaz tərkibi olduğunu bildirib.

Tavadros II ötən ilin noyabrında da sərt siyasi bəyanatla çıxış etmişdi.


Kopt kilsəsi prezident Məhəmməd Mursinin «milli dialoq» çərçivəsində yığıncağını boykot edərək, bunu «ikiüzlülük» adlandırmışdı.


Mənbənin bildirdiyinə əsasən, koptlar Misir əhalisinin 10 faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar