Yanvarın 14-də Misir Ana Yasası yeni layihəsi ilə bağlı referendumun birinci günü başlayır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, referendum yanvarın14-15-də keçiriləcək.
«Müsəlman qardaşları» hərəkatı və devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları yeni Konstitusiya layihəsi ilə bağlı referendumun keçirilməsinə qarşı çıxış edir.