Misirin İsgəndəriyyə şəhərində «Müsəlman qardaşları» hərəkatı tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qarşıdurma nəticəsində bir tələbə öldürülüb, bir neçəsi yaralanıb.
Tələbələr son zamanlar tərəfdarlarının öldürülməsinə və devrilmiş prezident Məhəmməd Mursinin mühakiməsinə etiraz aksiyası keçirirmiş.
Mənbə xatırladıb ki, yanvarın 23-də motoskletçilərdən ibarət bir qrup ölkənin Bəni-Suyef bölgəsində polis məntəqəsini atəşə tutub. Nəticədə 5 polis həlak olub, ikisi yaralanıb.