Yanvarın 10-da Misirdə polislə müxalifət tərəfdarları arasında növbəti dəfə qarşıdurma baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qarşıdurma nəticəsində azından 4 etirazçı həlak olub.
Olaylarda «Müsəlman qardaşları» hərəkatına qarşı olanlar da iştirak edib.
Mənbə bildirib ki, ölkənin İsgəndəriyyə şəhərində yerli sakinlərlə polis arasındakı qarşıdurmada bir dinc sakin həlak olub.
Əl-Sabah şəhərində qarşıdurmada isə üç etirazçı həlak olub.
Etiraz aksiyaları paytax Qahirə və Misirin başqa şəhərlərində də keçirilib.
Onlar devrilmiş prezident Məhəmməd Mursinin mühakimə olunmamasını və yeni Ana Yasa ilə bağlı referendumun keçirilməməsini tələb edir.