Misir ordusu Mursi tərəfdarlarını dağıtmaq üçün hərəkətə keçdi
12 avqust 2013 17:30 (UTC +04:00)

Misir ordusu Mursi tərəfdarlarını dağıtmaq üçün hərəkətə keçdi

Misir ordusu Qahirədəki Ədəviyyə və Nahda meydanlarındakı aksiyaçıları dağıtmaq üçün hərəkətə keçib.

 

Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Qahirənin mərkəzində 34 hərbi bölük zirehli texnikalarla Ədəviyyə meydanına doğru irəliləyir.

    

Qeyd edək ki, artıq 6 həftədir ki, Müsəlman Qardaşları Hərəkatının təşkilatçılığı ilə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları Ədəviyyə və Nahda meydanlarında fasiləsiz aksiyalar keçirirlər. Ötən ay ordunun Ədəviyyə medanında aksiyanı dağıtmaq cəhdi 70 nəfərin ölümünə səbəb olub. Misir ordusu 3 gün əvvəl də aksiyalara müdaxilə ediləcəyini bəyan edib.

 

Ordunun bu gün səhər hərəkətə keçəcəyi gözlənilsə də, bu, baş verməyib. Misir mətbuatı yazır ki, buna səbəb oturaq aksiyaya müdaxilə ehtimalı ilə bağlı daha böyük insan kütləsinin çəkinmədən meydana axışması olub. Ancaq hərbi bölüklərin artıq Ədəviyyə meydanına doğru hərəkətə başlaması növbəti qanlı qarşıdurmanın qaçılmaz olacağından xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Oxşar yazılar