Misir hökuməti istefa verib
25 fevral 2014 02:04 (UTC +04:00)

Misir hökuməti istefa verib

Hərbçiləri dəstəkləyən Misir hökuməti istefa verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda rəsmi «əl-Ehram» qəzeti xəbər yayıb.

 

Mənbə bildirib ki, qərar nazirlər kabinetinin 15 dəqiqə sürən toplantısından sonra açıqlanıb.

 

Xatırladaq ki, 59 yaşlı feldmarşal, Misir silahlı qüvvələrinin baş komandanı Əbdülfəttah əs-Sisi də müdafiə naziri kimi kabinet üzvü idi. Yaxın günlərdə onun prezident seçkisindən namizədliyini açıqlayacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar