Çinin məşhur “Ağ dovşan” şəkər markasını istehsal edən şirkətlər qrupunun keçmiş prezidenti Venq Mao faciəvi şəkildə həyatını itirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Henan bölgəsində təbiət gəzintisinə çıxan milyonçunun başına qaya parçası düşüb. Qaya parçasını iş adamının başına yuvarlayan isə meymun olub.
Ağır yaralanan 67 yaşlı Venq təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.