Gözəlliyin sirri kimi aktrisa daxili inamını göstərib. “People” jurnalı amerikalı aktrisa Cenifer Enistonu 2016-cı ilin ən gözəl qadını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə nəşr çərşənbə günü aprelin 20-də öz saytında bildirib. “Dostlar” serialının ulduzunun sözlərinə görə, öz titulu haqqında eşitdikdə çox sevinib. “Bu, çox sevindiyim yeniyetmə anlarına bənzədi”, - 47 yaşlı Eniston etiraf edib.
Qeyd edilir ki, Eniston sağlam həyat tərzinin populyarlaşdırması ilə məşğul olur. Ulduz həftədə idmana altı saat vaxt ayırır. Həmçinin Eniston qidasına diqqət edir, rasionundan fast-fudu silib.
Gözəlliyin sirri kimi isə aktrisa daxili inamını, sakitliyini, mehribançılığı və düzlüyünü göstərib.