Almaniya kansleri Angela Merkel bir daha Suriyada Türkiyə sərhədi yaxınlığında qaçqınlar üçün təhlükəsiz zonalar yaratmağa çağırıb.
“Mən bir daha atəşkəsə tam riayət olunacaq və təhlükəsizliyin yüksək səviyyədə təmin ediləcək təhlükəsiz zonalar yaratmağa çağırıram”, - deyə Merkel qeyd edib.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərindəki suriyalı qaçqınların “Nizip-2” düşərgəsində olublar.
Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.