MƏR-in müvəqqəti prezidenti qadın oldu
21 yanvar 2014 02:43 (UTC +04:00)

MƏR-in müvəqqəti prezidenti qadın oldu

Mərkəzi Afrika Respublikasının (MƏR) parlamenti yanvarın 20-də paytaxt Banginin icra başçısı Katrin Samba –Panzanı müvəqqəti olaraq, ölkəyə prezident seçib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun qarşısında keçmiş prezident Mişel Cotodiyanın öhdəsində gələ bilmədiyi çox ciddi və ağır problemlərin həlli durur.

 

Prezident seçiləndən sonra o, münaqişə aparan tərəflərə silahları yerə qoymağa çağırıb.

 

Yanvarın 20-də Avropa Birliyi bu ölkəyə əlavə hərbi qüvvə göndərməyi qərar alıb. Onlar Fransanın oradakı 1600 hərbçinə yardım edəcək.

 

MƏR-də xristianlarla müsəlmanlar arasında gedən silahlı qarşıdurma nəticəsində azı min nəfər həlak olub. Münaqişə başlayandan, ötən ilin dekabrından on minlərlə sakin öz evini tərk etməyə məcbur olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar