Meksikanın mərkəzi bölgəsində avtobuslarının iştirakı baş verən ağır yol qəzalarında 2 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Tlaskala ştatında sərnişin avtobusu yarğana düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Avtobusun sürücüsü hadisə yerindən qaçıb.
Bundan əvvəl isə İdalqo ştatında sərnişin avtobusu 20 m yüksəklikdən dərəyə aşıb. Qəza nəticəsində avtobusun sürücüsü ölüb, 16 nəfər xəsarət alıb.
Yerli hüquq-mühafizə orqanları hər iki fakta əlaqədar araşdırma aparır.