Məhəmməd Mursiyə qarşı daha bir ittiham
21 yanvar 2014 05:23 (UTC +04:00)

Məhəmməd Mursiyə qarşı daha bir ittiham

Misir prokurorluğu bildirib ki, devrilmiş prezident Məhəmməd Mursiyə qarşı daha bir ittiham irəli sürülüb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, devrilmiş prezident «məhkəmə hakimini təhiqir etməkdə» suçlu bilinir. Onunla birlikdə məhkəmədə daha 25 nəfər, o cümlədən jurnalistlər və demokratiya fəalları mühakimə olunacaq.

 

62 yaşlı siyasətçiyə qarşı bu 4-cü ittihamdır. O, inqilab zamanı «məhbusların həbsxanadan qaçmasını təşkil etməkdə», «müxalifətin nümayişində baş vermiş qətldə iştirakda», «gizli sənədləri «HƏMAS» hərəkatına ötürməkdə»  ittiham olunur.

 

Mənbə, Məhəmməd Mursinin hazırda İsgəndəriyyədəki həbsxanada saxlanıldığını bildirib. Yanvarın 28-də «qaçışa», fevralın birində isə «müxalifətçilərin ölümündə iştirakına» görə məhkəmə onu mühakimə edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar