Mehdi Kərrubini oğluna 6 ay iş kəsilib
10 yanvar 2013 06:17 (UTC +04:00)

Mehdi Kərrubini oğluna 6 ay iş kəsilib

İranda 2009-cu il prezident seçkisindən sonra mövcud hakimiyyətə müxalifət liderlərindən biri, bir ildən artıq ev dustağı olan Mehdi Kərrubinin böyük oğlu Məhəmməd Hüseyn Kərrubi 6 ay  azadlıqdan məhrum edilib.

 

 APA-nın HRANA-ya istinadən məlumatına görə, bu barədə M.H.Kərrubi öz “facebook” səhifəsində yazıb. O, azadlıqdan məhrum edilməsinə səbəb kimi İranda 2009-cü ildə keçirilmiş mübahisəli prezident seçkisi zamanı Kəhrizək həbsxanasında baş vermiş hadisələrlə bağlı xarici kütləvi informasiya vasitələrinə müsahibə verməsini göstərib. Ancaq hazırda hökm 5 il müddətində keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar