Qar yağması səbəbindən Rusiyanın baş naziri Dmitri Medvedevin təyyarəsi Moskvadakı “Vnukovo” aeroportuna enə bilməyib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarə Sankt-Peterburqdakı ehtiyat aerodroma istiqamətlənib.
Rusiya prezidentinin İşlər İdarəsinin mətbuat katibi Viktor Xrekov da Dmitri Medvelevin təyyarəsinin ehtiyat aerodroma istiqamətləndiyini təsdiqləyib.
“Vnukovo” aeroportunun təmsilçisi bildirib ki, hazırda aeroportda görüntü məsafəsi həddən artıq azdır, ona görə də bir çox təyyarələr, xüsusilə xarici şirkətlərin təyyarələri “Domodedovo” aeroportuna istiqamətlənir.