Ukraynada Maydan Şurası növbədənkənar prezident seçkilərinin keçirilməsinə öz razılığını verib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok deyib.
Həmçinin UDAR partiyasının lideri Vitali Kliçkonun Maydan Şurasının iclasından sonra birbaşa Prezident Administrasiyasına yollandığı məlum olub.