Malidə fövqəladə vəziyyət rejimi ləğv edilib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Malinin Təhlükəsizlik və Vətəndaşları Müdafiə Nazirliyi açıqlayıb.
İyulun 28-də Malidə prezident seçkiləri keçiriləcək.
Qeyd edək ki, Malidə fövqəladə vəziyyət rejimi bu il yanvarın 12-də Fransa hərbçilərinin ölkənin şimalında radikal islamçılara qarşı hərbi əməliyyatlara başlamasından sonra tətbiq edilib.