Malinin prezidenti Dionkund Traore ölkənin şimalındakı islamçı sayılan yaraqlılara qarşı hərbi əməliyyatlarda göstərdiyi yardım üçün Fransa hakimiyyətinə təşəkkürünü bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fransa prezidenti Fransua Oland öz növbəsində, Malidə «terrorçuluğa zərbə endirilib, ancaq onun üzərində tam qələbə» qazanılmadıqlarını bəyan edib.
Xatırladaq ki, fevralın 2-də Fransanın dövlət başçısı qısamüddətli Fransaya səfər edib. 6 gün oncə Timbuktu şəhərinə Fransa ordusu atılıb. Bu şəhər 10 aya yaxındır «əl -Qaidə» ilə əlbir olan yaraqlıların əlində idi.
Qeyd edək ki, Fransa 3 həftədir Maliyə ordu yeridib.
Rəsmi açıqlamalara əsasən, ölkənin azından 3 şəhərinin islamçı yaraqlılardan təmizləndiyi bildirilir.
Fransa prezidentinin səfər zamanı yerli siyasətçilərlə görüşüb.
Bu görüşdə Malidəki Fransa ordusunun ixtisarı müzakirə olunub.
Hazırda Malidə 3500 Fransa əsgəri var.