Makronla Trampın əkdikləri ağac yoxa çıxdı
29 aprel 2018 21:39 (UTC +04:00)

Makronla Trampın əkdikləri ağac yoxa çıxdı

0

Ötən bazar ertəsi ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Makron tərəfindən Ağ evin həyətinə əkilmiş palıd ağacı yoxa çıxıb.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, ağacın yerində olmadığını “Daily Mail”in əməkdaşları aşkar edib. Jurnalistlərin 29 aprel tarixində çəkidiyi fotoda ağacın olmaması diqqət çəkib.

 

Qeyd edək ki, Ağ evin həyətinə əkilən palıd ağacı Birinci Dünya Müharibəsində Amerika əsgərlərinin ilk döyüşünün keçirildiyi Fransanın məşhur şəhəri Les Bellodan gətirilmişdi.

 

Makronun sözlərinə görə, ağac Fransanın və ABŞ-ın dərin əlaqələrinin təzahürü olaraq qiymətləndirilirdi. Ağ ev rəsmiləri isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar