Mahaçqala-Xasavyurd avtomobil yolundakı yeməkxananın yiyəsi naməlum şəxs tərəfindən güllələnib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Dağıstanın hüquq-mühafizə orqanları xəbər yayıb.
Mənbə bildirib ki, naməlum şəxs yeməkxanaya daxil olub, onun sahibini güllələdikdən sonra hadisə yerindən qaçaraq, gizlənib.
Xatırladaq ki, dekabrın 29-da axşam saatlarında Dərbənddə iki partlayış olub.