Lukaşenko da mayın 9-da Moskvaya gedəsi olmadı
18 aprel 2015 21:58 (UTC +04:00)

Lukaşenko da mayın 9-da Moskvaya gedəsi olmadı

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada 9 May - Qələbə günü münasibəti ilə keçiriləcək paradda iştirak etməyəcək.   

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Belarus prezidenti mayın 9-da Minskdə təşkil olunacaq paradı qəbul etməyə qərar verib. Prezidentin sözlərinə görə, hərbi paradı yalnız ali baş komandan qəbul edə bilər.

 

Lukaşenkonun sözlərinə görə, o 7-8 may tarixlərində Moskvaya səfər etmək və Naməlum Əsgərin məzarına gül çələnglərinin qoyulması mərasimində iştirak etmək niyyətindədir: “Mayın 8-də, hətta gecə olsa belə, Minskə qayıdacam və mayın 9-da paradı qəbul edəcəm”.

 

“Belta”nın məlumatına görə, Belarus prezidenti mayın 9-da Moskvaya səfər etməkdən imtina etmiş digər siyasətçiləri qınayıb: “Mən əvvəl Moskvada mayın 9-da təşkil olunacaq bayram tədbirlərinə iştirak edəcəklərinə söz verən, bu gün isə təkəbbürlə imtina edən siyasətçiləri dəstəkləmirəm. Vətənində məşğulsansa, bu başqa məsələdir”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar