Britaniyada çılpaqlar üçün restoran açılacaq
22 aprel 2016 06:48 (UTC +04:00)

Britaniyada çılpaqlar üçün restoran açılacaq

İngiltərənin ilk çılpaq restoranı Londonda açılacaq.

 

Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, iyun ayında fəaliyyətə başlayacaq restoran üçün indidən 10 min nəfər növbəyə yazılıb. “Bunyadi” adlı restoran hind dilində “başlanğıc, təbii” mənasını verir. Cəmi 3 ay xidmət göstərəcək restoranın müştəriləri üçün qəribə vədlər də verilir.  Onların “həqiqi azadlığı yaşaması” üçün dünyanın tək bir qitədən ibarət olduğu yüz milyonlarla il öncəyə, cib telefonlarının, lampaların olmadığı zamana aparmağı vəd edən restoran sahibləri inanır ki, bununla da “sirli bir dünya”nın qapılarını açacaqlar.

 

Menyuda isə ancaq təbii yeməklərin olacağı vəd edilir. 42 nəfərlik restoran iki bölümdən ibarətdir. Soyunma kabinalarının olacağı restoranda soyunmaq istəməyənlər üçün də bir bölüm yer alacaq. “Bünyadi”də adambaşına düşən məsrəf 60 sterlinq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar