Londondan Los – Ancelesə uçan ABŞ-ın «United Airlines» şirkətinə məxsus «Boeing 777» sərnişin təyyarəsi fevralın 8-də axşama yaxın İrlandiyanın hava limanına məcburi eniş edib.
Lent.az-ın «Ria-Novosti»-yə istinadən məlumatına görə, heyət kabinənin tüstüləndiyini görəndən sonra belə qərara gilib.
Eniş Kler qrfalığının Şennon hava limanında gerçəkləşdirilib. Təyyarədə 182 sərnişin və 10 ekipaj üzvü olub. Onların heç biri xəsarət almayıb.
Təyyarə yenidən mütəxəssislərin baxışından keçirilib.