Liviya sahillərində 850 miqrant saxlanıldı
23 may 2016 01:39 (UTC +04:00)

Liviya sahillərində 850 miqrant saxlanıldı

0

Liviya sahillərində miqrantları daşıyan qayıqlar saxlanılıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sahil mühafizə xidmətinin əməkdaşları göyərtəsində 850-yə yaxın miqrantın olduğu hava ilə doldurulan qayıqları Sabrata şəhəri yaxınlığında saxlayıb.

 

Avropaya yollanmaq niyyətində olan miqrantlar bir neçə Afrika ölkələrinin vətəndaşları olub. Onlardan 69-u qadın, 11-i isə uşaqlardır.


Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 180 min nəfəri keçib. Təşkilatın bildirdiyinə görə, 1 232 insan yolda ölüb və yaxud itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar