Liviya parlamenti binasında atışma olub. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.
Mənbə bildirib ki, deputatlar binadan çıxarılıb.
Olayın təfərrüatı ilə bağlı hələ ki məlumat yayılmayıb.