Kommunist rejimi dağılsa da onun heykəlləri hələ də qalmaqdadır.
Lent.az-ın «Svaboda»-ya istinadən məlumatına görə, Ukraynanın «Azadlıq» Partiyasından olan deputat İqor Miroşniçenkonun başçılığı ilə kommunistlərin lideri V.İ.Leninin Sum vilayətinin Axtırka şəhərindəki heykəli sökülüb.
Partiya qeyd edib ki, Ukrayna Ali Radasının 1991-ci il avqustun 30 tarixli «Kommunist Partiyasının Ukraynada fəaliyyətinin qadağan olunması haqqında» fərmanına əsasən hələ 2000-ci ilin əvvəlində bu heykəli uçurmaq istəyiblər.
«Kommunist simvolu və ideologiyasına Avropa Ukraynasında yer yoxdur. Əgər onun meydana gəlməsinin qarşısını hakimiyyət ala bilməzsə, o zaman biz onu öz gücümüzə aradan götürərik, Qeyd edirik: biz yalnız kommunizmsizləşmə qanuna əməl etmişik. Ancaq işğalın yerli qulluqçuları bunu bizə xeyirxahlığın elementi kimi təqdim etməyə çalışırdı»-deyə, deputat bildirib.