Lavrov Suriya müxalifətinin lideri ilə görüşüb
02 fevral 2013 22:43 (UTC +04:00)

Lavrov Suriya müxalifətinin lideri ilə görüşüb

Bir müddət öncə rəsm Moskva Suriya müxalifəti liderlərini ölkədəki vəziyyəti müzakirə getmək üçün Rusiyaya dəvət etmişdi. Onda müxalifət Moskvadan başqa istənilən dövlətin ərazisində Kreml təmsilçiləri ilə görüşməyə hazır olduqlarını bildirmişdi.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Suriya müxalifəti birliyinin başçısı Müəz Əhməd əl-Xətib ilk dəfə olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Münhendə görüşüb.

Əl-Xətib «Röyter»-ə müsahibəsində deyib:«Münaqişənin həlli ilə bağlı Rusiyanın müəyyən baxışı var. Bununla belə Suriyadakı böhranın yumşalması danışıqlarını biz alqışlayarıq. Müzakirəsi vacib olan çoxsaylı detallar hələ qalır». Onun sözlərinə görə Bəşar Əsədin müttəfiqlərindən biri kimi Rusiya ilə danışıqlar dönüş sayıla bilər.

Fevralın 2-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə müşavirə çərçivəsində Suriyadakı böhranın da dördtərəfli görüşdə müzakirə olunacağı ehtimal olunurdu. Həmin görüşdə BMT-nin özəl təmsilçisi Lahdar Brahimi, ABŞ prezidentinin müavini Cozef Bayden, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Suriya müxalifətiniin lideri Müəz əl-Xətibin iştirak edəcəyi bildirilirdi.

Ancaq bu görüş baş tutmayıb. Rusiyalı diplomat onların hər biri ilə təkbətək görüşüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar