Latviyada milli valyuta ləğv edilir
30 dekabr 2013 06:44 (UTC +04:00)

Latviyada milli valyuta ləğv edilir

2014-cü il yanvarın 1-dən Latviyada Milli valyuta lat ləğv edilir, ölkə avroya keçir.

 

Lent.az-ın «vkrizis.ru»-ya istinadən məlumatına görə, Litva, Polşa və Çexiya Avropa valyutasına keçidi azı bir illiyə təxirə salıb.

 

Latviyada istifadə ediləcək avronun üz tərəfi avrozonanın başqa ölkələrindəki kimi olacaq. Əks tərəf is Latviyaya aid özəllik əks ediləcək.

 

Bu il dekabrın 30-dan yavaş-yavaş ölkədəki bankomatlar bağlanacaq. Onlar öz işini gələn yanvarın birindən tez bərpa etməyəcək. Mənbə bildirib ki, dekabrın 31-də bank hesablarındakı lat gecə avtomatik olaraq, avroya dövr ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940
avatar

Oxşar yazılar