BMT-nin Şimali Koreyada insan haqlarının pozulmasının araşdırılması üzrə komissiyası insanlığa qarşı cinayət törədildiyi faktlarını müəyyənləşdirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir ilə yaxın müddət aparılan yoxlamalar nəticəsində beynəlxalq təşkilatlar insan haqlarının pozulması ilə bağlı çox saylı sübutlar toplayıb. Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisində insanları məhv edilməsi faktları, Cənubi Koreya və Yaponiyadan insanların zorla ölkə ərazisinə gətirilərək, öldürülməsini aşkarlanıb.
Komissiyanın apardığı araşdırmanın Beynəlxalq Məhkəməyə təqdim edilməsi məsləhət görülüb.
Şimal Koreyada insan haqlarının pozulması üzrə komissiya 2013-cü ilin martında yaradılıb.
BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley bir müddət öncə bildirmişdi ki, KXDR-də insan haqları on illərdir pozulur və bu məsələ beynəlxalq miqyasda hərtərəfli araşdırılmalıdır.