Kral Salman neft nazirini istefaya göndərdi
07 may 2016 22:46 (UTC +04:00)

Kral Salman neft nazirini istefaya göndərdi

0

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz ək-Səud neft naziri Əli əl-Naimini istefaya göndərib. APA-nın “Arab News”a istinadən verdiyi xəbərə görə, kral Əli əl-Naimini məhkəmə məsələləri üzrə müşavir postuna təyin edib.

 

Məlumata görə, neft naziri postuna əvvəl səhiyyə naziri olmuş Halid əl-Faleh təyin edilib.   

 

Qeyd edək ki,  Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Səud ölkənin bir neçə nazirliklərində dəyişikliklər aparıb. Bəzi nazirliklər ləğv olunub, bir neçə yeni nazirlik yaradılıb,   bir neçəsi isə birləşdirilib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar