Körpə alveri ilə məşğul olan 3 erməni qadın tutulub
11 fevral 2014 07:47 (UTC +04:00)

Körpə alveri ilə məşğul olan 3 erməni qadın tutulub

Ermənistanda bir qrup qadın körpə alverinə görə mühakimə olunur. Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, onlar yeni doğulmuş körpəni satmağa cəhd edərkən saxlanılıblar.

 

Olay 2013-cü ilin iyulunda baş verib Fransa vətəndaşı Alla Ovannisyanın övladlığa uşaq götürmək istəyini bilən Gegetsik Vardanyan ona deyib ki, yalnız «ödənişdən» sonra körpəni övladlığa götürə bilər.

 

Bunun üçün o, Alladan 15 min dollar istəyib. Körpə axtarışında Gegetsikə Anna Enqoyan yarım edib. Axtarış nəticəsində bəlli olub ki, onun həmkəndlisi 28 yaşlı Serina Avetisyan iki min dollara körpəsini satmağa razıdır.

 

G.Vardanya və A.Enqoyan həbs olunub. Serina Avetisyan isə iltizamla zaminə buraxılıb. Məhkəmənin ilk iclası fevralın 14-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305
avatar

Oxşar yazılar