Ölkənin Əsas Qanunu hazırlayan Misir Ana Yasa Assambleyası müxalifət liderlərini danışığa çağırıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qurum çağırışı özəlliklə Milli Qurtuluş Cəbhəsinin rəhbərliyini, onların liderləri Məhəmməd əl-Baradeyə, Əmr Musaya, Xamdin Sabbaha və əs-Seyid əl –Badauiyə edib.
Qarşı tərəf bu çağrışı qəbul edəcəyi halda həftənin cümə günü keçiriləcək görüşdə müxalifət təmsilçiləri də iştirak edəcək.
«Açıq söhbətin məqsədi siyasilərin fikrini dinləyib, Ana Yasa layihəsi ilə bağlı sualları cavablandırmaqdır»-deyə, assambleyanın kommünikesində bildirilib.
Xatırladaq ki, ötən həftənin şənbə günü Əsas Qanunla bağlı referendumun birinci mərhələsi keçirilib. İlkin məlumatlara əsasən, seçicilərin 52-dən 59 faizə qədəri yeni Konstitusiyanın lehinə səs verib. Bu ilkin nəticə sayılır. Əsas nəticə dekabrın 22, ikinci mərhələ keçiriləcək səsvermədən sonra məlum olacaq.
Müxalifət bu siyasi kampaniyanın «ədalətsiz və islamçıların maraqlarını ifadə etdiyini» bildirib.
Əsas Qanun layihəsini 100 nəfərdən ibarət komissiya işləyib. Onların 22-si «müsəlman qardaşları», 18-i sələfiləri (vəhabilər), 9-u İslam Cəbhəsini, 8-i mülayim islamçılar və ya islamyönlüləri, 11-i dövlətin çeşidli qurumlarını, 14 müstəqil siyasətçiləri (əsasən islamyönlü) təmsil edir. Boş qalmış yerlər isə liberalların, kopıtlarındır.