Kiyevin yerli hökuməti Yankuoviçin partiyasını cərimələyəcək
25 dekabr 2013 06:10 (UTC +04:00)

Kiyevin yerli hökuməti Yankuoviçin partiyasını cərimələyəcək

Kiyev şəhər dövlət administrasiyası Ukrayna prezidenti Viktor Yanukoviçin  Regionlar Partiyasını cərimələyib.

 

Lent.az-ın «interfaks-Ukrayina»-ya istinadən məlumatına görə, onlar Marində «antimaydan» aksiyası  keçirən zaman parka ziyan vurub.

 

Bu haqda Kiyev şəhər sədri vəzifəsini icra edən Anatoli Qlubçenko mətbuat konfransında bildirib.

 

 

«Marin parkına dəyən ziyanı hesablamağı «Kiyev yaşıllaşdırma» idarəsinə tapşırmışıq. Sözsüz ziyanı aksiya təşkilatçıları ödəyəcək» - deyə, o, vurğulayıb.

 

Müvəqqəti sədri onu da əlavə edib ki, aksiya iştirakçılarına parkı bərpa etməyi də təklif edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Oxşar yazılar