Kiyevdəki kütləvi iğtişaşlarla əlaqədar daha 16 nəfər həbs olunub.
APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onların həbsi barəsində müvafiq qərarları paytaxtın ayrı-ayrı rayon məhkəmələri verib.
Kiyev şəhər Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, müstəntiqlərin göndərdiyi sorğular nəzərdən keçirildikdən sonra birinci instansiya məhkəmələri 11 radikal müxalifətçinin həbsi haqda qərar verib. Daha 5 nəfər barəsində isə “ev dustaqlığı” cəza növü seçilib.
Ukrayana ərazisindəki hərbi hissələr ölkədə fövqəladə vəziyyət rejiminin elan edilməsinə hazırlaşır. Məlumatı Ecpreso.tv yayıb. İvano-Frankovskdakı mənbə bildirib ki, hərbi hissələrin zabitləri Kiyev yaxınlığına gətiriliblər.