Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı ağır yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova polisinin nümayəndəsi Tamara Prokopiy bildirib.
“14 polis əməkdaşı zərər çəkib. Ağır bədən xəsarətləri alan 4 asayiş keşikçisi DİN hospitalına yerləşdiriliblər”, deyə T.Prokopiya qeyd edib.
Qarşıdurma etirazçıların hakim Demokratik partiyasının sədr müavini Vladimir Plaxotnyukun evi qarşısında aksiya keçirməyə cəhd etdikləri zaman baş verib.
Aksiyaçılar növbədənkənar seçki və Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediiblər.