Kerri sazişi nəvəsi ilə imzaladı
22 aprel 2016 23:45 (UTC +04:00)

Kerri sazişi nəvəsi ilə imzaladı

0

Aprelin 22-də dünyanın 150-dən artıq ölkəsinin təmsilçiləri BMT-də Paris İqlim Sazişini imzalayıb.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, ABŞ dövlət katibi Con Kerri dəbdəbəli mərasimə nəvəsi ilə qatılıb. O, nəvəsi qucağında olarkən müqaviləyə imza atıb, daha sonra nəvəsini öpüb.

 

BMT baş katibi Pan Gi Mun Con Kerri ilə salamlaşaraq onunla və nəvəsi ilə xatirə fotosu çəkdirib.

 

Qeyd edək ki, sazişi imzalamaqda məqsəd iqlim dəyişikliyinin təsirini azaltmaq, qlobal orta temperatur artımını 2 dərəcədən aşağı saxlamaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar