Rusiyanın Kaluqa vilayətinin Nekrasovo kəndində 64 yaşlı pensiyaçı qadını qarət olunub. Lent.az-ın yerli Daxili İşlər Nazirliyi İdarəsinə istinadən verdiyi məlumata görə, qadının zinət əşyaları və həyətindən 11 küçük oğurlanıb. Məlumata görə, o, cins itlərin çoxaldılması ilə məşğul olurmuş.
Kəndə gələn 36 və 33 yaşlı, Moskvada qeydiyyatda olan iki azərbaycanlı pensiyaçı qarını tapançayla hədələyərək onun küçüklərini oğurlayıblar.
Hər iki azərbaycanlı saxlanılıb.