Jurnalistin yazısından sonra 5 maşın hədiyyə göndərdilər
16 may 2016 11:49 (UTC +04:00)

Jurnalistin yazısından sonra 5 maşın hədiyyə göndərdilər

0

 

Türkiyənin “Sözcü” qəzetinin köşə yazarı Yılmaz Özdilin son yazısı böyük rezonans doğurub.

 

Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, son yazısında 2 il öncə Somada 300-dən çox şəxsin öldüyü mədən qəzasında həlak olanlardan biri övladının sünnət ediləcəyini yazan köşə yazarı ailəyə böyük sevinc bəxş edib.

 

Belə ki, Özdil köşəsində Əli Yüksəlin oğlu Furkanın sünnət ediləcəyini və kimin imkanı çatırsa, ona hədiyyə göndərməsini yazıb. Yazının dərc olunduğu günün səhərisi Furkanın anası və bacısı ilə birgə qaldığı evlərinə 5 maşın müxtəlif hədiyyələr gəlib.

 

Hədiyyələr arasında ABŞ-dan və Avropanın müxtəlif ölkələrindən göndərilənlər də var. Azyaşlı oğlana göndərilən hədiyyələr o qədər çox olub ki, o, bunların bir çoxunu dostları ilə bölüşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar