Fransanın keçmiş prezidenti Jak Şirak Parisdə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, onu ölkə paytaxt amerikalıların ətrafındakı Neyi-sür-Sen hospitalına aparıblar.
81 yaşlı Jak Şirakın xəstəxanaya yerləşdirilməsinə səbəb onun podaqrasında ağrılar göstərilib. Müayinədən sonra onu evinə aparıblar.
Qohumları bildirib ki, keçmiş prezidentin həyatı üçün təhlükə yoxdur.