Türkiyə Dövlət Dəmiryollarının İzmir şöbəsində aparılan əməliyyat nəticəsində Türkiyə Dövlət Dəmiryolları Limanlar Bölümü rəisi Möhsün Yılmaz polisə təslim olduqdan sonra məhkəmənin qərarı ilə həbs edilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsinin müdiriyyətindəki əməliyyatların ardınca İzmir Ədliyyə bölməsinə aparılan M.Yılmaz prokurorluqda ifadəsi alınıb.
Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsinin keçirdiyi əməliyyat nəticəsində 27 nəfər saxlanılıb, şübhəlilərin 23-dən ifadə alınaraq, Ədliyyəyə göndərilib. Onlardan 14 həbs edilib. 10 şübhəli isə axtarılır.
Hakim Ədalət və İnkişaf Partiyası İzmir Böyük şəhər bələdiyyəsinin sədri Binali Yıldırımın bacanağı Cəmaləddin Haberdar da özünü təslim etdikdən sonra məhkəmə tərəfindən sərbəst buraxılıb.