İsveçrənin ən qədim bankı bağlanır
04 yanvar 2013 15:08 (UTC +04:00)

İsveçrənin ən qədim bankı bağlanır

İsveçrənin ən qədim bankı amerikalıların vergi qaçaqmalçılığına yardım etməsindən sonra bağlanacağını bəyan edib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, mərkəzi İsveçrənin Sankt Gallen şəhərində yerləşən “Vegelinbank” amerikalıların vergi qaçaqmalçılığına yardım etdiyini qəbul edən ilk xarici bank olub.

 

İsveçrənin digər bankları yaxın keçmişdə amerikalıların vergidən yayınmaq üçün hesab açmalarına mane olmağa başlayıb. Bank isə son 10 ildə 100 ABŞ vətəndaşının dövlət büdcəsindən 1,2 milyard dollar vergi yayındırmağa yardım etdiyini təsdiqləyib. Bank ABŞ hökumətinə 57,8 milyon dollar cərimə ödəməyə də razılaşıb. “Vegelinbank”ın rəhbərliyi bu cərimə ödənildikdən sonra bankın fəaliyyətini dayandıracağını da bildirib.

 

Amerikalı prokuror Prit Bharara deyib ki, digər İsveçrə bankları ABŞ hökumətinin təzyiqi ilə amerikalıların vergidən yayınmasına mane olmağa başlayan zaman bu boşluğu məhz bu bank doldurub, nəticədə ABŞ büdcəsi milyardlarda dollar vergi gəlirindən məhrum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar