İsveçrədə qatar avtobusla toqquşdu: 17 yaralı
21 may 2016 06:30 (UTC +04:00)

İsveçrədə qatar avtobusla toqquşdu: 17 yaralı

0

İseçrənin paytaxtı Bern şəhərindən 40 km aralıda,  İnterlaken şəhərində qatar turist avtobusu ilə toqquşub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

 

Toqquşma sərnişin avtobusu dəmir yolunu keçərkən baş verib. Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların hamısının avtobusdakı turistlər olduğu bildirilir.

 

Hadisə yerində polis və xilasedicilər işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar