İsveç kralı Karl XVI Qustav və kraliça Silviya Norveç krallığına, ölkə Ana Yasasının 200 illiyi ilə bağlı rəsmi təntənəli mərasiminə getməyəcəklər.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, İsveç kralı Norveç monarxı V Haralddan rəsmi dəvət alsa da, ora getməkdən imtina edib.
İsveç kralının mətbuat xidmətindən yerli «Aftonbladet» qəzetinə bildirilib ki, Karl XVI Qustav başqa dövlətlərin milli bayramları və ya yubiley tədbirlərinə qatılmır.
Bununla belə Stokholmda mayın 17-də, Norveç konstitusiyasının yubileyi günündə İsveç kralının başqa planın olub - olmamasını dəqiqləşdirməyiblər.