İstefa verən daxili işlər naziri: “Haqqımı halal etmirəm”
26 dekabr 2013 15:52 (UTC +04:00)

İstefa verən daxili işlər naziri: “Haqqımı halal etmirəm”

Adı korrupsiyaya qarışdığı üçün tutduğu vəzifədən istefa verən Türkiyənin sabiq daxili işlər naziri Muəmmər Gülər bu gün yerinə təyin olunan yeni nazirlə birgə mətbuat konfransı keçirib.

 

Lent.az-ın məlumatına görə, keçmiş nazir deyib ki, aparılan əməliyyatlardan gözlədiyi yeganə şey hüquqa uyğun, qanuni sübutlardan və qurama olmayan sənədlərdən istifadə edilməsidir.

 

Nazir əməliyyatı keçirdiyi iddia olunan Fətullah Gülən camaatını nəzərdə tutaraq bildirib ki, kaş bu əməliyyatlar başqa yerdən gələydi: “Kaş bu yanlış hərəkət başqa yerdən gələrdi. Kaş bu xəncəri başqaları vuraydı. Haqqımı halal etmirəm”.

 

Daxili işlər naziri dünən vəzifəsindən ayrılmadan öncə daha bir gözlənilməz etiraf edib. Belə ki, nazir bu ilin yayında baş verən “Gəzi parkı” olaylarında istifadə olunan suvuran maşınlara gözyaşardıcı qaz qatdıqlarını etiraf edib.

 

Nazir bu barədə CHP-li deputat Məhərrəm İncənin nazirliyə ünvanladığı sorğuya cavabında bildirib. Cavabda qeyd edilib ki, aksiyalarda əhalinin üstünə vurulan sulara OC (Oleoresin of Capsicum) qazı qatılıb.

 

Bu qaz isə gözyaşardıcı tərkibə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Oxşar yazılar